Əbülfəs Qarayev Vyanada keçiriləcək Nazirlər Konfransında iştirak edəcək

Əbülfəs Qarayev Vyanada keçiriləcək Nazirlər Konfransında iştirak edəcək
# 25 sentyabr 2012 14:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Sabah Vyanada "Qafqaz və Mərkəzi Asiya - qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi" mövzusunda Nazirlər Konfransı keçiriləcək. Tədbirdə iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Vyanaya gedib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Ə. Qarayevin Azərbaycanda turizm sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər mövzusunda çıxışı və Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər üzrə Federal Naziri Reinhold Miterlenerlə görüşü nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR