«Bakcell» şirkəti bölgələrdə əyləncəli tədbirlər keçirəcək
![«Bakcell» şirkəti bölgələrdə əyləncəli tədbirlər keçirəcək](https://apa.az/storage/news/2012/october/03/big/blank.jpg)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti Azərbaycan regionlarında əyləncəli tədbirlərin keçirilməsinə başlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 28-dən başlayaraq Yevlaxa, Mingəçevirə, Gəncəyə, Ağstafaya, Sabirabada və Masallıya səfər edəcək «Bakcell», ölkənin bir sıra rayon və şəhərlərində silsilə əyləncəli tədbirlər keçirəcək.
Tədbirlər şəhər mərkəzlərində keçiriləcək və iştirak pulsuzdur. Burada müxtəlif yarışlar təşkil olunacaq və hər istəyən oyunlarda özünü sınaya biləcək. Oktyabrın 3-də tədbir Yevlaxın Dədə Qorqud Parkında, oktyabrın 4-5-də Mingəçevirin Heydər Əliyev Parkında, oktyabrın 6-7-də Gəncənin şəhər mərkəzində, oktyabrın 8-də Ağstafanın S.Vurğun Parkında, oktyabrın 10-da Sabirabadın Gənclər Mərkəzində, oktyabrın 11-də isə Masallının Gənclər Mədəniyyət Mərkəzi Parkında keçiriləcək.

İnfrastruktur
![“Azərkosmos”un vəzifələri artırılıb](https://apa.az/storage/news/2024/june/25/big/667ae313a98a3667ae313a98a41719329555667ae313a98a1667ae313a98a2.jpg)
“Azərkosmos”un vəzifələri artırılıb
![Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır](https://apa.az/storage/news/2024/june/25/big/667ad42b82a86667ad42b82a871719325739667ad42b82a84667ad42b82a85.jpg)
Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır
![Təmir işləri ilə əlaqədar bəzi avtobus marşrutların sxemi dəyişdirilib](https://apa.az/storage/news/2024/june/25/big/667ad9a583ef9667ad9a583efa1719327141667ad9a583ef7667ad9a583ef8.jpeg)