DİN yol polisinin sürücüyə zor tətbiq etdiyi əks olunmuş video materialla bağlı araşdırma aparacaq

DİN yol polisinin sürücüyə zor tətbiq etdiyi əks olunmuş video materialla bağlı araşdırma aparacaq
# 29 avqust 2012 09:49 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

E. Zahidov bildirib ki, həmin video material nazirliyin adiyyatı qurumları tərəfindən araşdırılacaq: “Həmin video görüntüyə mən də baxmışam. Orada polisin sürücünü döyülməsi görünmür. Ola bilsin ki, yol polisi hansısa sərxoş və yol hərəkəti qaydalarını pozan sürücünü həkim müayinəsinə aparmağa cəhd edir. Əlbəttə ki, bu mənim şəxsi fikrimdir. Lakin buna obyektiv qiymət vermək üçün Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılacaq və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. Araşdırmaların nəticəsi ictimaiyyətə də açıqlanacaq”.

Qeyd edək ki, müddət əvvəl “Youtube”da yol polisinin sürücüyə güc tətbiq etməsi ilə bağlı video material yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR