Azərbaycan neftinin qiyməti 112 dolları keçib

Azərbaycan neftinin qiyməti 112 dolları keçib
# 06 avqust 2012 08:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 3-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 1,80 dollar bahalaşaraq 112,07 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR