Azərbaycan ABŞ-dan hava limanı üçün avadanlıq alacaq
02 noyabr 2012 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mərkəzi ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşən «JBT AeroTech» şirkəti Azərbaycanla hava limanı üçün avadanlıqların alqı-satqısına dair müqavilə imzalayıb. APA-nın «JBT AeroTech» şirkətinin veb-saytına istinadən verdiyi məlumata görə, müqavilə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı üçün çıxış avadanlığını çatdıracaq.
Müqaviləyə 13 yeni «Jetway» sərnişin keçidi, 13 «JetAire» kondisioner sistemi, 19 «JetPower» 400 Hz enerji bloku və digər vacib avadanlıqlar daxildir.
Müqavilə çərçivəsində çatdırılmalar 2013-cü ilin ikinci rübündə yekunlaşacaq.

İnfrastruktur
Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tarifləri Tarif Şurası müəyyən edəcək - YENİLİK
11:14
29 may 2024
Nardaran bağ massivində su kəsiləcək
14:17
28 may 2024
Sabah Bakı metropoliteninin iş rejimi dəyişəcək
15:10
27 may 2024
Bakı–Gəncə şəhərlərarası avtobusları yenilənib
14:57
27 may 2024