Qobustan həbsxanasına mobil telefon və digər əşyalar keçirilməsinin qarşısı alınıb - FOTO

Qobustan həbsxanasına mobil telefon və digər əşyalar keçirilməsinin qarşısı alınıb - <font color=red>FOTO</font>
# 15 oktyabr 2012 12:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 66.5 maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Zülfüqar oğlu Talıbovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, vətəndaş Emin Çingiz oğlu Lazımovun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman içərisində yemək olan 7,5 litrlik “Gold Fix” adlı plastmas boya qabın gizli saxlanc yerindən 3 ədəd “Nokia”, 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd Simkart, 1 ədəd Cinkart, 1 ədəd Narkart, 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş ekran, 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş batareya, 2 ədəd mobil telefon qulaqcığı və 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalayıcının başlıq hissəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR