Azərbaycanın hakim partiyası 20 illik yubileyinə hazırlaşır

Azərbaycanın hakim partiyası 20 illik yubileyinə hazırlaşır
# 24 sentyabr 2012 15:31 (UTC +04:00)
Bu barədə APA-ya YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı məlumat verib. O bildirib ki, partiyanın qurultayı YAP-ın şəhər və rayon təşkilatları ilə yanaşı, respublika səviyyəsində də qeyd olunacaq: “Yubiley tədbirləri yüksək səviyyədə keçiriləcək. Yubileylə bağlı YAP İdarə Heyəti Tədbirlər Planı tərtib edib. İcra Katibliyi həmin Tədbirlər Planı çərçivəsində müvafiq işlər görməkdə davam edir. Müxtəlif xarakterli tədbirlər mətbuat üçün açıq olacaq”.

Qeyd edək ki, YAP 1992-ci ildə Heydər Əliyevin sədrliyi ilə yaradılıb. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan prezidenti İlham Əliyevdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR