Etilen-Polietilen Zavodunda istehsalat-məişət suları nəql edən iri diametrli boru xətti yenisi ilə əvəz olunub

Etilen-Polietilen Zavodunda istehsalat-məişət suları nəql edən iri diametrli boru xətti yenisi ilə əvəz olunub
# 13 avqust 2012 15:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmir işləri çərçivəsində bu günlərdə piroliz şöbəsindən istehsalat-məişət sularını nəql edən iri diametrli boru xətti demontaj olunaraq yenisi ilə əvəz olunub.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumi uzunluğu 1 250 metrdən artıq olan həmin boru xəttinin çəkilişi Birliyin Təmir-Tikinti İdarəsinin 1 saylı mexaniki-quraşdırma sahəsinin iki montaj briqadası tərəfindən həyata keçirilib.

Təmir avqustun 10-da, yəni qrafik üzrə nəzərdə tutulan vaxtdan 2 gün əvvəl yerinə yetirilib.

Qeyd edək ki, uzun illər istismar olunduğundan həmin boru xəttində müəyyən tutulmalar baş verir, istehsalat tullantılarının nəqlində maneələr yaranırdı. Xəttin yenisi ilə əvəz olunması Zavodun istehsalat sahələrinin dövri sularla müntəzəm və tam həcmdə təmin olunmasında mühüm rol oynayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR