Mixail Saakaşvili həbsxanada işgəncə faktı ilə əlaqədar fövqəladə bəyanat yayıb
19 sentyabr 2012 04:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda işgəncə vermək faktı ilə əlaqədar Gürcüstan prezidenti fövqəladə bəyanat yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanat Tiflisdə yerləşən 8 nömrəli Qldan həbsxanasında məhbuslara qarşı edilən qeyri-insani rəftara görə yayımlanıb. Prezidentin sözlərinə görə, televiziyalarda yayımlanan işgəncə kadrlarının görüntüləri onu çox qəzəbləndirib və şok vəziyyətinə salıb. “Qldan həbsxanasında baş verən dəhşətlər insan ləyaqətini alçaldan və hüquqlarını pozan bir aktdır. Bu cinayətə yardım edən və qoşulanları ağır cəza gözləyir. Onlardan çoxunu polis saxlayıb. Bu dəhşətləri törədənlər məhkəmə qarşısında cavab verəcəklər. Digərləri də kənarda qalmayacaq. Bu faktlara görə məsuliyyət daşıyanlar da xidmətdən uzaqlaşdırılacaq. Sizə söz verirəm, kim ki, bu dəhşəti törədib, uzun illər həbsxanada qalacaq”, deyə Gürcüstan prezidenti bildirib.
Xatırladaq ki, həbsxanada törədilən faktla bağlı görüntüləri “Mayestro” və “9-cu kanal” yayımlamışdı. Bu görüntülərdə 8 saylı Qldan həbsxanasında məhbusluq cəzasını çəkənlərə qarşı törədilən işgəncələr əks olunmuşdu.
Xatırladaq ki, həbsxanada törədilən faktla bağlı görüntüləri “Mayestro” və “9-cu kanal” yayımlamışdı. Bu görüntülərdə 8 saylı Qldan həbsxanasında məhbusluq cəzasını çəkənlərə qarşı törədilən işgəncələr əks olunmuşdu.
MDB
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024
Rusiya Xarkova aviazərbələr endirib, ölənlər və yaralananlar var
17:47
17 may 2024
Erməni deputat: Paşinyan istefa vermək məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil
17:32
17 may 2024