Azərbaycanda qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edilib

Azərbaycanda qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edilib
# 28 sentyabr 2012 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edib.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, DRİ tərəfindən bu kimi hallar aşkarlandıqda, İnzibati Xətalar Məcəlləsinin 169, 170, 171, 174, 175 və 180-ci maddələri tətbiq olunaraq, inzibati qaydada qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Qeyd edək ki, idarə respublikaya idxal olunan və istismarda olan tezlik şüalandırıcı radioelektron vasitələrinin qeydiyyatını və müvafiq olaraq onların istismarına radio nəzarətini həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR