Yardımlı rayon mərkəzində su və kanalizasiya sistemi quraşdırılır

Yardımlı rayon mərkəzində su və kanalizasiya sistemi quraşdırılır
# 25 iyul 2012 08:24 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev-APA. Dünya Bankının maliyyə dəstəyi ilə dağlıq Yardımlı rayonunda ilk dəfə olaraq su təchizatı və kanalizasiya sistemlərinin qurulması işinə başlanıb. Yardımlı Rayon İcra Hakimiyyəti aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, əhaliyə fasiləsiz içməli suyun verilməsi və çirkab suların axıdılmasını təmin etmək məqsədilə gerçəkləşən layihənin icrasına 300-ə yaxın fəhlə və 40-dan çox ağır texnika - ekskovatorlar, qaynaq aqreqatları, asfaltqazan qurğular, ağırtonajlı yük avtomobilləri cəlb olunub.

Çirkab suların axıdılması üçün xətlərin çəkilməsində diametri 300 -110 millimetrlik korqo borulardan, su xətlərinin çəkilişində isə diametri 250-32 mm-lik plastik borulardan istifadə olunur. Ümumilikdə rayon daxilində 2 ədəd 500 kubluq, 1 ədəd 200 və 10 ədəd 100 kubluq su anbarının tikintisi nəzərdə tutulub. Layhə çərçivəsində Yardımlı şəhərinə içməli su Avur yeraltı su mənbəyindən gətiriləcək.

Rayonda su-kanalizasiya sistemlərinin qurulması layihəsindən 8000 nəfər yararlanacaq və 100-ə yaxın yerli sakin daimi işlə təmin olunacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna kimi başa çatdırılması planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR