Bakıda yol kənarında silah-sursat tapılıb

Bakıda yol kənarında silah-sursat tapılıb
# 01 avqust 2012 09:46 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Xəzər rayonunda yolun kənarında döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu istifadəyə yararlı olan 1 ədəd “RQD 5” və 1 ədəd “F-1” markalı (alışdırıcıları ilə birlikdə) əl qumbaralarıdır. Aşkarlanmış partlayış təhlükəli hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilmiş və digər şübhəli əşya aşkar edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR