Misirin yeni hökuməti prezident Məhəmməd Mursi qarşısında and içib

Misirin yeni hökuməti prezident Məhəmməd Mursi qarşısında and içib
# 03 avqust 2012 02:21 (UTC +04:00)
Bakı-APA. Baş nazir Hişam Qəndilin başçılıq etdiyi Misirin 35 nəfərdən ibarət yeni hökuməti prezident Məhəmməd Mursi qarşısında and içib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeni nazirlər kabineti əsasən texnokratlardan və bir necə “müsəlman qardaşları” hərəkatı əsasında qurulan Misirin Azadlıq və Ədalət partiyasının fəallarından ibarətdir. Yeni kabinetdə xarici işlər naziri Məhəmməd Kamal Əmr və maliyyə naziri Mümtaz Əl-Səid öz vəzifələrini saxlayıblar. Hökumətin sabiq başçısı Kamal Qanzuri prezident Mursinin müşaviri vəzifəsinə təyin olunub. Feld-marşalı Məhəmməd Hüseyn Tantavi Hüsnü Mübarək hakimiyyətindən sonra təşkil edilən hökumətdə müdafiə naziri vəzifəsində qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR