Azərbaycan universal dozimetriya laboratoriyasının yaradılması ilə bağlı AEBA-ya təklif verəcək
15 oktyabr 2012 16:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan universal dozimetriya laboratoriyasının yaradılması ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) təklif verəcək”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib.
Onun sözlərinə görə, bu ilin dekabrında AEBA ilə birgə həyata keçiriləcək layihələri müzakirə etmək üçün Vyanaya gedəcək. Səfər zamanı Azərbaycanda quraşdırılacaq sterilizasiya qurğusu üçün dozimetriya laboratoriyasının universal xarakterli olması iilə əlaqədar təklif irəli sürüləcək: “İndiyə qədər laboratoriya ancaq ölkəyə xaricdən gətirilən qida və tibb materiallarının vaxtından əvvəl xarab olmasının qarşısını almaq üçün nəzərədə tutulurdusa, biz texniki materialların da bu siyahıya daxil edilməsini təklif edəcəyik”.
A. Qəribov deyib ki, layihəyə əsasən, Azərbaycanda sterilizasiya qurğusunun 2015-ci ilə qədər quraşdırılması nəzərdə tutulur.

Sosial
Bakıda tozlu hava şəraiti müşahidə olunur
11:51
26 may 2024
Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir
11:32
26 may 2024
Əfv Sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO
11:28
26 may 2024
Ədliyyə Nazirliyində yeni təyinat olub - FOTO
10:59
26 may 2024