Azərbaycan Dövlət Neft Fondu Rusiya paytaxtında biznes-ticarət mərkəzi alır

Azərbaycan Dövlət Neft Fondu Rusiya paytaxtında biznes-ticarət mərkəzi alır
# 01 noyabr 2012 08:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ASC-nin nizamnamə kapitalının həcmi 159,8 mln. rubl (4 mln. manat) təşkil edir və onun yeganə aktivi Moskvanın Tverskaya küçəsi,16 ünvanında yerləşən «Aktyor» qalereyasıdır.

Qeyd edək ki, 1882-ci ildə tikilən və 1995-ci ildə bərpa olunan bu binada biznes-ticarət mərkəzi yerləşir. Mərkəzin ümumi sahəsi 18 min kv. metr təşkil edir, ondan 5,8 min kv. metri ticarət sahəsidir, 12,2 min kv. metrdə isə ofislər yerləşir.

Riyeltorlar binanı 100-105 mln. ABŞ dolları dəyərində qiymətləndirirlər. Məlumata görə, ARDNF hazırda Rusiyada bir neçə obyektin alınması məqsədilə danışıqlar aparır.

Qeyd edək ki, Fondun yeni strategiyasına uyğun olaraq, onun vəsaitlərinin müəyyən hissəsi xaricdə daşınmaz əmlaka yönəldiləcək. Əvvəllər bildirib ki, söhbət London, Paris, Moskva, Roma kimi şəhərlərdə yerləşən daşınmaz əmlakdan gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR