İranda ata və oğul edam edilib

İranda ata və oğul edam edilib
# 16 iyul 2012 07:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda ata və oğul eyni gündə edam edilib. APA-nın məlumatına görə, Urmiya şəhərinin sakinləri olan Əbdülrəhman Xoşbəxt və Qorman Xoşbəxt narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Məhkəmənin ölüm hökmü çıxardığı ata və oğul Qəzvin şəhərinin həbsxanasında dara çəkilib. Onların cəsədləri ailələrinə təhvil verilib.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR