Azərbaycanda “sığortası hovuzları”nın yaradılması dünyanın aparıcı təkrarsığortaçısına həvalə oluna bilər

Azərbaycanda “sığortası hovuzları”nın yaradılması dünyanın aparıcı təkrarsığortaçısına həvalə oluna bilər
# 23 oktyabr 2014 12:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi və İsveçrənin “SWISS RE” təkrarsığorta şirkəti ilə birgə kənd təsərrüfatı sığortasının pullarının (hovuzlarının) yaradılması istiqamətində danışıqlar aparır. Hələlik biz sığortanın növləri və yaradılma mexanizmlərini müzakirə mərhələsindəyik.

APA-Economics” xəbər verir ki, bu haqda kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, “SWISS RE” olduqca böyük şirkətdir və kənd təsərrüfatında sığortanın tətbiqi mexanizmini yaxşı bilir: “Danışıqlarda sığorta mexanizmlərinin tətbiqi müzakirə edilir. Vahid nəticə əldə olunduqdan sonra ətraflı məlumat veriləcək. Hazırda hər iki tərəfin razılığı əsasında qanun layihəsi bitmək üzrədir və yaxın günlərdə lazımı qurumlara təqdim olunacaq. Fermerlərə verilən subsidiyaların nisbətində hansı dəyişikliklərin olacağı danışıqlar bitdikdən sonra məlum olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR