Bank Of Baku

ABŞ-ın Kentukki ştatındakı müəssisədə fəhlə 4 nəfəri güllələyib

ABŞ-ın Kentukki ştatındakı müəssisədə fəhlə 4 nəfəri güllələyib
# 25 iyun 2008 14:13 (UTC +04:00)
Kentukki APA. ABŞ-ın Kentukki ştatındakı Henderson şəhərində plastik məmulatlar istehsal edən müəssisədə insident baş verib. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, fəhlələrdən biri 4 nəfəri güllələyərək öldürüb, daha sonra isə özünü vurub. Polisin versiyasına əsasən hadisəyə fəhlə ilə müəssisənin meneceri arasındakı mübahisə səbəb olub. Nahar fasiləsində evə gedən fəhlə tapançasını götürərək geri qayıdıb. Ölənlər arasında menecerin də olub-olmadığı açıqlanmır. Olay zamanı yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR