Bank Of Baku

ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib

ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib
# 30 iyun 2008 09:12 (UTC +04:00)
Vaşinqton APA. ABŞ Konqresi prezident Corc Buşun xahişi ilə İrandakı hakim rejimi devirmək məqsədilə hərbi və kəşfiyyat əməliyyatları aparılması üçün 400 milyon dollar ayırıb. APA-nın məlumatına görə, bunu tanınmış amerikalı jurnalist, “The New Yorker” jurnalının əməkdaşı Seymur Herş yazıb. İnternetdə yayımlanan və jurnalın 7-14 iyul tarixli sayında dərc ediləcək yazı “Döyüş meydanının hazırlanması” adlanır. Məqalədə ABŞ xüsusi xidmət orqanlarının İranda sabitliyi pozmağa yönəlmiş təxribatçı fəaliyyətlərə başladığı, rejim əleyhdarı olan müxalifətçi, hətta terrorçu təşkilatları dəstəklədiyi bildirilir. ABŞ-dan dəstək alan qruplar arasında PKK terror təşkilatının İrandakı qolu olan PJAK, eləcə də “Xalqın Mücahidləri” təşkilatı və sünni ərəblərin “Cundullah” təşkilatı da var. Müəllifin fikrincə, son vaxtlar İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirən ABŞ qarşı tərəfi qeyri-adekvat cavab tədbirlərinə təhrik etmək, bununla da ölkəyə hərbi müdaxilə üçün əsas yaratmaq niyyətindədir. S. Herşin sözlərinə görə, prezident Buş və vitse-prezident Çeyni gələn il yanvarın 20-də öz səlahiyyətlərini yeni prezident və vitse-prezidentə təhvil verənə qədər İranın nüvə proqramı ilə bağlı problemi həll etmək istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR