Bank Of Baku

Kaliforniyada meşə yanğınları 250 hektar ərazini külə döndərib

Kaliforniyada meşə yanğınları 250 hektar ərazini külə döndərib
# 11 iyul 2008 10:42 (UTC +04:00)
Kaliforniya-APA. Son 30 il ərzində ilk dəfə olaraq Kaliforniyada meşə yanğınlarının söndürülməsinə ABŞ Milli Qvardiyasının şəxsi heyəti cəlb olunub. APA-nın məlumatına görə, dünən yanğınların söndürülməsində 200-dən artıq qvardiyaçı iştirak edib. Qeyd edək ki, iyunun 20-dən bu yana Kaliforniyanın müxtəlif meşə massivlərində 1,700-dən çox yanğın baş verib, nəticədə 250 min hektar meşə sahəsi külə dönüb. 100-dən çox tikilini külə döndərən yanğınlarda bir nəfər həlak olub. Hazırda yanğınsöndürənlər 1,500 yanğın ocağını söndürməyə müvəffəq olublar. Bununla belə ştatın şimal və mərkəzi hissəsində irimiqyaslı yanğınlar hələ də davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR