Bank Of Baku

ABŞ Erməni Milli Komitəsinin sabiq rəhbərinin qızı məşhur reketlə ailə qurub

ABŞ Erməni Milli Komitəsinin sabiq rəhbərinin qızı məşhur reketlə ailə qurub
# 15 iyul 2008 08:02 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, M. Topalyanın qızı Danielle bu il fevralın 19-da Nyu-Yorkun kriminal aləmində “Öküz” ləqəbi ilə tanınan məşhur reket Karmin Anyello ilə nikaha daxil olub. Bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Qəzetin Nyu-York ştatının məhkəməsindən əldə etdiyi sənədlərə əsasən cütlük Ohayo ştatının federal həbsxanasında tanış olub. Həmin vaxt K. Anyello reketçilik və vergidən yayınma maddələri ilə 9 illik həbs cəzası çəkirmiş. Danielle isə eyni həbsxanada terrorçuluq maddəsi ilə cəza çəkən atasına baş çəkməyə gəlirmiş. “The New York Post” qəzeti Murad Topalyanı erməni hərbiləşmiş terrorçu təşkilatının başçısı kimi təqdim edib.
Xatırladaq ki, Erməni Milli Komitəsinin sabiq sədri Murad Topalyan 2000-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun 1980-ci ildə Türkiyənin BMT-dəki nümayəndəliyinin ofisi qarşısında həyata keçirilmiş terror aktının təşkilatçısı olduğu sübuta yetirilib. Karmin Anyello isə Nyu-York şəhərinin məşhur Qambino ailəsinə xidmət edib. O, avtomobil servisləri və metal tullantıları biznesinə nəzarət edərək milyonçu olub. “Öküz” 1984-cü ildə kriminal avtoritet Con Qottinin qızı Viktoriya ilə ailə qurub. Onların bu nikahdan 3 övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR