Bank Of Baku

ABŞ İsraili İranın raket hücumundan qorumaq üçün bu ölkədə radar sistemi quracaq

ABŞ İsraili İranın raket hücumundan qorumaq üçün bu ölkədə radar sistemi quracaq
# 30 iyul 2008 08:56 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ İsrailə raket hücumundan müdafiə məqsədilə radar sistemi verəcək. APA-nın məlumatına görə, bu barədə CNN Pentaqonun yüksək rütbəli nümayəndəsinə istinadən xəbər yayıb. Adı açıqlanmayan Pentaqon təmsilçisi bildirib ki, radar qurulduqdan sonra ABŞ və İsrail tərəfindən birgə istifadə olunacaq. Xatırladaq ki, sov vaxtlar konqresmenlər prezident Corc Buşu israrla İsraili İranın mümkün raket zərbələrindən qorumaq üçün bu ölkə ərazisində erkən xəbərdarlıq sistemi qurulmasını təmin etməyə çağırırdılar. Konqresmenlər İranın təkmilləşdirilmiş “Şahab-3” raketlərini sınaqdan keçirdiyini xatırladaraq bu raketin 1 tonluq başlıq daşıma və 1250 mil uzaqlıqdakı hədəfi vurma qabiliyyətinə malik olduğunu xatırladıblar. Nəhayət, İsrailin müdafiə naziri Exud Barakın ABŞ-a səfəri zamanı məsələ ilə bağlı razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR