Bank Of Baku

Corc Buşa sui-qəsd hazırlayan yeniyetmə həbs edilib

Corc Buşa sui-qəsd hazırlayan yeniyetmə həbs edilib
# 06 avqust 2008 09:43 (UTC +04:00)
APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yeniyetmə Vaşinqton ətrafında valideynləri ilə birlikdə yaşadığı evdə silah-sursat və partlayıcı maddələr saxlamaq ittihamı ilə ötən həftə saxlanılıb. Evdə aparılan axtarış zamanı Corc Buşun kortejinin keçdiyi marşrutun planı, Kolin Makkenzinin guya Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğunu göstərən vəsiqə və digər sənədlər tapılıb. Bu tapıntılar şübhəli şəxsin dövlət başçısına sui-qəsd hazırlığında olduğunu güman etməyə əsas verir. Faktla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon müstəqil təhqiqata başlayıblar. Federal Təhqiqatlar Bürosu də məsələni araşdırır. Cinayət işində şübhəli şəxsin atasının və polis sistemində staj keçmiş 17 yaşlı yeniyetmənin də adları keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR