Bank Of Baku

Con Makkeyn: “İndi hamımız gürcüyük”

Con Makkeyn: “İndi hamımız gürcüyük”
# 13 avqust 2008 08:40 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçkidə qalib gələrsə, Gürcüstanın NATO üzvlüyünə dəstək verəcəyini bildirib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, C. Makkeyn təəssüflənib ki, hazırkı şəraitdə ABŞ Gürcüstanda yaranmış vəziyyətə yalnız iqtisadi və humanitar yolla təsir göstərə bilər. ”Bizim Gürcüstan xalqına bütün lazımi köməklikləri göstərmək imkanımız yoxdur” deyən respublikaçı namizəd bununla ona işarə vurub ki, Gürcüstan NATO üzvü olsaydı, ABŞ münaqişəyə hərbi müdaxilə edə bilərdi. C. Makkeyn Rusiyanın “Böyük səkkizlik”dən çıxarılmasına dair əvvəlki mövqeyinin üstündə durduğunu da söyləyib: “Rusiya göstərdi ki, “Böyük səkkizlər”in prinsip və dəyərlərini bölüşmür. Ona görə də bu ölkə təşkilatdan kənarlaşdırılmalıdır”.
Pensilvaniyada tərəfdarları qarşısında çıxış edən C. Makkeyn Gürcüstan prezidenti Mixail Saakaşvili ilə telefon əlaqəsi saxladığını deyərək ona öz dəstəyini ifadə etdiyini bildirib: “Hazırda biz hamımız gürcüyük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR