Bank Of Baku

Barak Obama: “Biz Rusiyanın Gürcüstana təcavüzünü dayandırmaq üçün sərt və birbaşa diplomatiya yürüdəcəyik”

Barak Obama: “Biz Rusiyanın Gürcüstana təcavüzünü dayandırmaq üçün sərt və birbaşa diplomatiya yürüdəcəyik”
# 29 avqust 2008 07:43 (UTC +04:00)
Denver-APA. Senator Barak Obama ABŞ Demokrat Partiyasının onu prezidentliyə namizəd irəli sürmək təklifini rəsmən qəbul edib. APA-nın məlumatına görə, partiyanın Denverdə keçirilən qurultayında 84 min nəfərlik auditoriya qarşısında çıxış edən Barak Obama Vaşinqtonun yanlış siyasətini düzəltməyə hazır olduğunu bildirib: “İndi ölkəmiz üçün həlledici anlardan biridir - iqtisadiyyat böhran vəziyyətindədir, ölkə müharibə aparır və ABŞ-ın gələcəyi təhlükə altındadır. Amerikalıların böyük əksəriyyəti işdən məhrum olublar, özlərinin ipoteka və gündəlik tələbat kreditlərini ödəmək imkanına malik deyillər. Bu problemlər hökumət tərəfindən yaradılmayıb, amma Vaşinqtonun düzgün olmayan siyasətinin nəticəsidir”. Barak Obama rəqibi Con Makkeynin sadə amerikalıların maraqlarını ifadə etmədiyini bildirib: “Ona görə yox ki, Makkeyni bu problemlər düşündürmür, ona görə ki, o bu problemləri sadəcə anlamaq iqtidarında deyil”. Barak Obama Rusiyanın Gürcüstana təcavüzünü dayandırmaq üçün sərt və birbaşa diplomatiya yürüdəcəklərini bildirib: “Mən Silahlı Qüvvələri gücləndirəcəyəm ki, gələcək münaqişələrə hazır olaq. Eyni zamanda sərv və birbaşa diplomatiya yürüdərək İranın nüvə silahına malik olmasının qarşısını almaq və Rusiyanın təcavüzünü dayandırmaq niyyətindəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR