Bank Of Baku

Metyu Brayza: “Mixail Saakaşvilinin Cənubi Osetiya ərazisinə qoşun yeritmək qərarı yanlış addım idi”

Metyu Brayza: “Mixail Saakaşvilinin Cənubi Osetiya ərazisinə qoşun yeritmək qərarı yanlış addım idi”
# 11 sentyabr 2008 11:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ Helsinki Komissiyasında “Rusiya, Gürcüstan və güc tətbiqi siyasətinə qayıdış” mövzusunda keçirilən dinləmələrdə çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Metyu Brayza söyləyib. O, Rusiyanın indiki situasiyada düzgün siyasət yürütmədiyini bildirib: “Rusiya anlamalıdır ki, stabil, demokratik, inkişaf edən Gürcüstanın varlığı son nəticədə Rusiyanın öz maraqlarına cavab verir”. Metyu Brayza iki ölkə arasında münaqişənin mənbəyinə də toxunub: “Mixail Saakaşvilinin Cənubi Osetiya ərazisinə qoşun yeritmək qərarı yanlış addım idi. Amma hesab edirəm ki, Gürcüstan prezidenti təxribatın qurbanı olub. Mən və Dövlət Departamentinin rəhbərləri dəfələrlə israr etdik ki, Gürcüstan Cənubi Osetiya ərazisinə hücum etməsin. Amma bu hadisənin çox dərin kökləri var, münaqişə heç də avqustun 7-də başlamayıb. Buna qədər Rusiya hərbçilərinə arxalanan osetin sülhməramlıları gürcü kəndlərini və gürcü sülhməramlılarını atəşə tutublar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR