Bank Of Baku

Barak Obamanın nənəsinin evinə oğrular girib

Barak Obamanın nənəsinin evinə oğrular girib
# 11 sentyabr 2008 14:35 (UTC +04:00)
Keniya – APA. ABŞ prezidentliyinə namizəd Barak Obamanın Keniyada yaşayan nənəsinin evinə oğrular girib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, 85 yaşlı Sara Obama bildirib ki, qarətçilər nəvəsinin ona çoxlu pul göndərdiyini düşünərək evdə qiymətli əşyalar tapacaqlarını güman ediblər. Ancaq gümanları doğrulmayan qarətçilər əlləri boş qayıdıblar.

Qeyd edək ki, əslən keniyalı olan B. Obamanın bu ölkədə yaşayan qohumları media nümayəndələrinin ifrat diqqətindən şikayətlənirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR