Bank Of Baku

“The New York Post” qəzeti Con Makkeyni dəstəklədiyini açıqlayıb

“The New York Post” qəzeti Con Makkeyni dəstəklədiyini açıqlayıb
# 11 sentyabr 2008 14:51 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın “The New York Post” qəzeti prezident seçkilərində respublikaçıların namizədi Con Makkeyni dəstəklədiyini açıqlayıb. APA-nın məlumatına görə, qəzet geniş redaksiya məqaləsində bu seçimini izah edib. “The New York Post”un redaktorları C. Makkeynin nailiyyətləri və ABŞ vətəndaşları qarşısındakı xidmətlərinin Barak Obamanın “salfetka kimi nazik olan” tərcümeyi-halı ilə müqayisəedilməzdir. Yazıda C. Makkeynə səs vermək üçün 4 səbəb olduğu bildirilir: milli təhlükəsizlik, vergi, ticarət və energetika. Jurnalistlər Alyaska qubernatoru Sara Pelinin vitse-prezident vəzifəsinə namizəd kimi seçilməsini də müsbət qiymətləndiriblər.

Böyük Britaniyanın “The Guardian” qəzeti isə yazıb ki, “The New York Post”un qərarının arxasında çox güman ki, onun sahibi Rupert Merdok dayanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR