Bank Of Baku

“Forbes” jurnalı ABŞ-ın ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib

“Forbes” jurnalı ABŞ-ın ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib
# 11 sentyabr 2008 16:50 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın “Forbes” jurnalı ölkənin ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib. APA-nın məlumatına görə, siyahıda birinci yeri uzun illər eBay internet hərracının icraçı direktoru və prezidenti olmuş Marqaret Uitmen tutur. İl ərzində o, 120 milyon dollar qazanıb. Bu böyük məbləğ onunla izah edilir ki, M. Uitmen tutduğu bir çox postları tərk edib və şirkətin xüsusi müşaviri olub. Vəzifələrdən imtina etməsinin müqabilində ona iri məbləğlərdə təzminatlar ödəndiyi güman edilir. Siyahıda ikinci sırada 46 milyon dollar gəlirlə “Autodesk” şirkətindən Kerol Barts, üçüncü yerdə isə 30 milyon dollar gəlirlə “BlackRock”dan Barbara Novikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR