Bank Of Baku

Həbsxanada qiyam baş verib, 19 nəfər ölüb

Həbsxanada qiyam baş verib, 19 nəfər ölüb
# 18 sentyabr 2008 15:21 (UTC +04:00)
Mexiko-APA. Meksikanın Tixuana şəhər həbsxanasında baş verən qiyam nəticəsində 19 məhbus ölüb. APA-nın məlumatına görə, bu, həmin həbsxanada son bir həftə ərzində qeydə alınan ikinci qiyamdır. Polis orqanları qiyamın yatırılması zamanı 12 məhbusun yaralandığın bəyan edib. Hakimiyyət orqanları həbsxanaya nəzarəti bərpa edib, 200 təhlükəli məhbus isə Tixuanadan başqa şəhərlərin həbsxanalarına göndərilib. Qeyd edək ki, bazar günü həmin həbsxanada baş verən qiyamda 4 nəfər həlak olmuş, polislə məhbuslar arasında toqquşma nəticəsində həbsxananın əksər hissəsi yarasız vəziyyətə düşmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR