Bank Of Baku

Ata Corc Buş Mixail Qorbaçovu “Azadlıq” medalı ilə təltif edib

Ata Corc Buş Mixail Qorbaçovu “Azadlıq” medalı ilə təltif edib
# 19 sentyabr 2008 08:30 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın sabiq prezidenti Corc Buş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu “Azadlıq” medalı ilə təltif edib. APA-nın məlumatına görə, bu medal ABŞ Milli Konstitusiya Mərkəzi tərəfindən təsis olunub. Ata Corc Buş sabiq həmkarının millətlərə azadlıq bəxş etdiyini bildirib: “Şərqi Avropa xalqları soyuq müharibənin qaranlığında boğulurdular. Qorbaçov onlara işıq yolu göstərdi. Berlin divarının çökməsindən 20 il sonra biz Qorbaçovun müsbət siyasətinin nəticələrini görürük”. Qeyd edək ki, bu medal 1988-ci ildə təsis olunub. İndiyədək bu medala Lex Valensa, Vatslav Havel, Cimmi Karter, Kofi Annan, Kolin Pauell, Həmid Kərzayi, Viktor Yuşşenko, Bill Klinton və ata Corc Buş layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR