Bank Of Baku

Abdulla Gül Serj Sarkisyanla görüşməyəcək

Abdulla Gül Serj Sarkisyanla görüşməyəcək
# 23 sentyabr 2008 08:59 (UTC +04:00)
Nyu-York – APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak etmək üçün ABŞ-da olan Türkiyə prezidenti Abdulla Gül görüşlərə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gül 63-cü sessiyanın sədri Migel D’Eskoto Brokman, Avropa Komissiyasının sədri Joze Manuel Barroso və İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu ilə görüşüb. O, “Afrikanın inkişaf ehtiyacları” adlı toplantıya da qatılıb. Bu gün Türkiyə prezidenti Baş Assambleyada çıxış edəcək. A. Gülün 10-dan çox ölkənin lideri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Bu ölkələr arasında Ermənistanın adı yoxdur. Erməni tərəfi ilə danışıqları xarici işlər naziri Əli Babacan aparacaq. A. Gül ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə də bir araya gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR