Bank Of Baku

Əli Babacan: “Türkiyə-Ermənistan əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz”

Əli Babacan: “Türkiyə-Ermənistan əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz”
# 23 sentyabr 2008 10:55 (UTC +04:00)
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Babacan çıxışında Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlər, İraq, Kipr problemləri, Avropa Birliyinə üzvlük, Türkiyədə son illər artan antiamerika əhval-ruhiyyəsi və digər mövzulara toxunub. Ə. Babacan bildirib ki, Türkiyənin Ermənistanla əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz. O, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olduğunu deyib. Nazir hər iki ölkənin xarici işlər nazirlərinə üçtərəfli görüş keçirməyi təklif etdiyini və yaxın günlərdə bu görüşün baş tutacağını söyləyib.
“Kiprdəki türk əsgərlərini nə zaman geri çəkəcəksiniz?” sualını cavablandıran Ə. Babacanın sözlərinə görə, türk əsgərləri nə qədər lazımdırsa, o qədər adada qalacaq: “Kipr yunanları Annan planını qəbul etsəydi, türk əsgərlərinin sayı azaldılacaqdı. Unutmamalıyıq ki, adada Yunanıstan əsgərləri də var. Annan planı hər iki tərəfdə hərbi kontingentin ixtisarını nəzərdə tuturdu. Ancaq yunanlar “yox” dedilər”.
Ə. Babacan Türkiyədə ABŞ-a duyulan inamsızlığın İraqdakı hadisələrlə bağlı olduğunu vurğulayıb: “PKK-çılardan Amerika silahlarının tapılması, İraqa göndərilən silahların terrorçuların əlinə keçməsi Türkiyədə ciddi narazılığa səbəb olub. Lakin bu, uzun sürə bilməz. Vaxtilə İtaliya da terrorçulara simpatiya ilə yanaşmışdı. O zaman Türkiyədə hətta İtaliyaya qarşı boykot da gündəmə gəlmişdi. Amma sonra vəziyyət dəyişdi və Türkiyədə İtaliyaya münasibət normallaşdı. PKK-ya qarşı mübarizə məqsədilə ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçirilməyə başlandıqdan qısa müddət sonra ictimaiyyətdə Amerikaya dəstəyin faizi 12-13-ə yüksəldi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR