Bank Of Baku

Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional problemlər müzakirə olunub

Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional problemlər müzakirə olunub
# 27 sentyabr 2008 08:15 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, tarixi görüşdən sonra hər üç nazir birgə açıqlama ilə çıxış edib. Türkiyənin xarici işlər naziri Əli Babacan görüşdə regiondakı problemləri, həmçinin Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması təşəbbüsünü müzakirə etdiklərini bildirib: “Qafqazın böyük potensialı var. Bölgədə sülh və sabitlik yaransa, çox şeyə nail ola biləcəyimizə inanırıq”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə hər üç tərəfin bölgədəki çətinliklər və risklərin fərqində olduğunu deyib: “Bu problemlərin həlli vacibdir. Biz Türkiyənin təşəbbüsünün yerinə düşdüyünü və vaxtında irəli sürüldüyünü düşünürük. Belə görüşlər mövqelərimizi daha yaxşı anlamağımıza kömək edir”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə görüşün təşkili üçün Əli Babacana təşəkkür edib. O, Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını söyləyib:” Bu təşəbbüsün təməlində bölgədə sülh, sabitlik və əməkdaşlıq mühiti yaradılması dayanır”. Erməni nazir ikitərəfli əlaqələri normallaşdırmaq məqsədilə yaxın gələcəkdə atılacaq addımları da müzakirə etdiklərini vurğulayıb. Jurnalistlərin növbəti görüşün nə vaxt keçiriləcəyi ilə bağlı sualına E. Nalbandyan gülərək “çox yaxında” cavabını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR