Bank Of Baku

Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib

Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib
# 27 sentyabr 2008 08:58 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın Missisipi Universitetində prezidentliyə namizədlər Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib. APA-nın məlumatına görə, 1,5 saat davam edən və əksər telekanallar vasitəsilə canlı yayımlanan teledebatda namizədlər ABŞ-dakı maliyyə böhranı, milli təhlükəsizlik problemləri, İraq və Əfqanıstanda vəziyyət, həmçinin Rusiya ilə münasibətlərin perspektivlərinə dair fikirlərini açıqlayıblar. Hər iki siyasətçi Rusiyanın Gürcüstana qarşı siyasətini kəskin tənqid edib. C. Makkeyn Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra çox çətin vəziyyətin yarandığını bildirib: “Biz ruslarla birgə işləmək istəyirik, amma onlardan beynəlxalq səviyyədə tanınmış sərhədlərə və beynəlxalq davranış qaydalarına hörmət gözləməyə tam haqqımız var. Mən inanıram ki, “soyuq müharibə”yə qayıdış baş verməyəcək. Lakin biz öz dostlarımızın və müttəfiqlərimizin mövqelərini möhkəmləndirməliyik”. B. Obama da “soyuq müharibə”yə qayıdışın mümkün olmadığını söyləsə də, deyib ki, çox aqressiv Rusiya regionda sülh və sabitliyə təhlükədir: “Onların Gürcüstandakı hərəkətləri qəbuledilməzdir. Biz ruslara izah etməliyik ki, 21-ci əsrdə super dövlət olmaq və özünü diktatura kimi aparmaq olmaz”.

Həm demokratların, həm də respublikaçıların namizədləri Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bəyan ediblər. C. Makkeyn Rusiyanı BMT Təhlükəsizlik Şurasında İrana təsir göstərə biləcək qərarların qəbuluna əngəl törətməkdə də suçlayıb. Onun sözlərinə görə, belə vəziyyətdə ən yaxşı yol “Demokratiya Liqası”nın yaradılması ola bilər: “Mən ümumi dəyərləri, ümumi maraqları, ümumi idealları bölüşən, eləcə də dünya iqtisadi gücünün böyük hissəsinə nəzarət edən ölkələrdən ibarət “Demokratiya Liqası”nın yaradılmasını təklif etmişəm. Bu ölkələr İrana qarşı ciddi, önəmli və hiss olunacaq sanksiyalar tətbiq edə bilərlər”. C. Makkeynin fikrincə, liqaya ABŞ-la birlikdə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr daxil ola bilər.

Növbəti teledebat oktyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR