Bank Of Baku

ABŞ Senatı 700 milyard dollarlıq sabitləşdirici paketi qəbul edib

ABŞ Senatı 700 milyard dollarlıq sabitləşdirici paketi qəbul edib
# 02 oktyabr 2008 07:46 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, böhrandan çıxış məqsədilə 700 milyard dollar ayrılmasını nəzərdə tutan layihənin lehinə 74, əleyhinə isə 25 senator səs verib. Sənədin oktyabrın 3-də Nümayəndələr Palatasının da təsdiqindən keçəcəyi gözlənilir. Prezidentliyə namizədlər, Senatın üzvləri Barak Obama və Con Makkeyn də təklifi dəstəkləyiblər. Qanun layihəsinə əsasən maliyyə nazirinə problemli maliyyə aktivlərini satın almaq və maliyyə bazarlarını sabitləşdirmək üçün ilk mərhələdə federal büdcədən 250 milyard dollar vəsait xərcləmək səlahiyyəti verilir. Prezidentin qərarı ilə bu məqsədlər üçün daha 100 milyard dollar ayrıla bilər. Qalan 350 milyard dollarlıq hissə isə Konqresin qərarı ilə xərclənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR