Bank Of Baku

ABŞ prezidentliyinə namizəd bığ müsabiqəsinin 1/16 finalına vəsiqə qazanıb - FOTO

ABŞ prezidentliyinə namizəd bığ müsabiqəsinin 1/16 finalına vəsiqə qazanıb - <font color=red>FOTO</font>
# 08 oktyabr 2008 12:30 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Libertarian Partiyasının prezidentliyə namizədi Bob Barr kanadalı şoumen Robert Qulun şərəfinə keçirilən “Ən yaraşıqlı bığı olan amerikalı” müsabiqəsinin 16 finalçısından biri olub. APA-nın məlumatına görə, bu adı qazanmaq üçün Bob Barrla mübarizə aparan bığlı amerikalılar arasında ABŞ ordusunun serjantı Con Alvares, bir neçə idmançı, o cümlədən beysbolçular Ceyson Cambi və Quz Qossec, “Qriffinlər” cizgi filmi serialının personajı Klivlend Braun da var. Müsabiqənin qalibi oktyabrın 17-də başa çatacaq onlayn səsvermə yolu ilə müəyyənləşəcək. Qalibə mükafat oktyabrın 25-də Snet-Luisdə keçiriləcək “Bığlı amerikalılar festivalı”nda təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR