Bank Of Baku

76 yaşlı qadın 73-cü dəfə həbs olunub

76 yaşlı qadın 73-cü dəfə həbs olunub
# 22 oktyabr 2008 11:40 (UTC +04:00)
Vaşinqton-APA. Birləşmiş Ştatlar polisi 76 yaşlı qadını 73-cü dəfə həbs edib. APA-nın “The Associated Press”ə istinadən yaydığı məlumata görə, hakimiyyət orqanları öz oğru karyerası dövründə 36 dəfə müxtəlif adlardan istifadə etmiş qadının şəxsiyyətinin dəqiqləşdirməyə çalışırlar. Hazırda qadının adı cinayət işində Ketrin Kelli olaraq keçir.

Manxetten məhkəməsi Ketrin Kelliyə qarşı rəsmi ittiham irəli sürsə də, ittihamın mahiyyəti açıqlanmayıb. O, Nyu-York supermarketində mülki geyimdə olan polis zabitinin pul kisəsini oğurlamaqda şübhəli bilinir. Zabit oğurlanmış pul kisəsini qadının büsthalterində aşkarlayıb. Bundan əvvəl polis dəfələrlə həmin qadının alıcıların çantalarından əşyaları oğurlamağa cəhd etdiyini hiss edib.

Kelli ilk dəfə 1971-ci ildə Şarlotta Martinelli adı altında qəlp pul kəsmək ittihamı ilə həbs olunub. Oğru qadını əksər hallarda Bruklin, Manxetten və Lonq-Aylenddə həbs ediblər. O, bir qayda olaraq ağır cinayətlərdə ittiham olunsa da, sonrada bu ittihamlar yumşaldılıb.

Cinayətkar qadının əsl yaşı məlum deyil, o istintaqa ifadəsində anadan olma tarixini 26 dəfə fərqli formada açıqlayıb. Bu qadının harada yaşadığı da məlum deyil. Onun söylədiyi ünvana gedən polislər həmin ünvanda Ağ Evin yerləşdiyini görüblər. Kellinin vəkili müştərisinin psixi xəstə olduğunu iddia edir. Oğru qadının məhkəməsi noyabrın 17-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR