Bank Of Baku

BMT: Dünya okeanının səviyyəsinin qalxması nəticəsində 18 iri şəhər su altında qalacaq

BMT: Dünya okeanının səviyyəsinin qalxması nəticəsində 18 iri şəhər su altında qalacaq
# 28 oktyabr 2008 16:28 (UTC +04:00)
Nyu-York – APA. Dünya okeanının səviyyəsinin yüksəlməsi nəticəsində 20 meqapolisdən 18-i su altında qalacaq. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu proqnoz BMT-nin yaşayış məntəqələri üzrə Proqramı çərçivəsində hazırlanan hesabatda əksini tapıb. Proqramın nümayəndəsi Eduardo Lopes-Moreno bildirib ki, ümumilikdə dünyada sahil zonalarında yerləşən şəhərlərin 60%-i su altında qala bilər. Hesabat müəllifləri şəhər sakinləri arasında qeyri-bərabərliyin artdığını və bunun ciddi sosial böhrana səbəb ola biləcəyini də qeyd ediblər. Sənədə əsasən hazırda dünya əhalisinin yarısı şəhərlərdə yaşayır və yaxın 20 ildə bu miqdar 60%-ə yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR