Bank Of Baku

ABŞ və Rusiya ötən il ümumilikdə 35 milyard dollarlıq satıb

ABŞ və Rusiya ötən il ümumilikdə 35 milyard dollarlıq satıb
# 30 oktyabr 2008 07:35 (UTC +04:00)
Vaşinqton. Rəşad Süleymanov-APA. Rusiya silah ixracının həcminə görə dünya ölkələri sırasında tutduğu ikinci yeri qorumağa müvəffəq olub. APA-nın məlumatına görə, ABŞ Konqresinin dünyada silah satışına dair hazırladığı hesabatda bildirilir ki, Rusiya ötən il 10,4 milyard dollar həcmində silah satıb. Planetin silah bazarında həyata keçirilən ticarət əməliyyatlarının 17,4 faizi Rusiyanın payına düşür. 2006-cı ilə nisbətən Rusiya silah satışının həcminin 2,3 milyard dollar artırmağa nail olub.

Rusiyadan silah alan əsas ölkələr Hindistan və Çindir. Hesabat müəllifləri Moskvanın Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya regionlarının silah bazarında da aktivləşməyə başladığını qeyd edirlər. “Soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə ötən il Rusiya Latın Amerikası ölkələrinə silah satıb.

Dünyanın silah satışı bazarında liderlik əvvəlki kimi Birləşmiş Ştatlara məxsusdur. 2007-ci ildə ABŞ 24,8 milyard dollarlıq silah satışı həyata keçirib ki, bu da bir il əvvəlki rəqəmdən 8,1 milyard dollar çoxdur. Hazırda leqal silah satışı bazarının 41,5 faizi Birləşmiş Ştatların payına düşür.

Silah satışı sektorunda üçüncü mövqeyə ötən il 9,8 milyard dollarlıq silah satan Böyük Britaniya malikdir. Bu ölkə bir il ərzində silah satışının həcmini 5,7 milyard dollar artırmağa müvəffəq olub.

2007-ci ildə dünyada əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Hindistan və Pakistan olub. Səudiyyə Ərəbistanı silah almağa 10,6 milyard, Hindistan 5 milyard, Pakistan 4,2 milyard dollar pul xərcləyib. Səudiyyə Ərəbistanının silah almağa ayırdığı vəsaitin 9 milyardını 72 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarələri almağa sərf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR