Bank Of Baku

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir
# 04 noyabr 2008 07:29 (UTC +04:00)
Artıq Nyu-Hempşir ştatının Diksvil Notç və Xarts şəhərciklərində ilk seçicilər məntəqələrə gələrək səsvermə hüququndan istifadə ediblər. Diksvil Notç şəhərciyində 75 nəfər yaşayır, onlardan 20 nəfəri səsvermə hüququna malikdir. Xarts şəhərində yaşayan 41 nəfərdən 27-si bu gün öz iradəsini ifadə edəcək.

Qeyd edək ki, prezidentlik postu uğrunda əsas namizədlər demokrat Barak Obama və respublikaçı Con Makkeyndir. Dünən kütləvi informasiya vasitələri seçkilərin nəticələri ilə bağlı son statistik məlumatları açıqlayıblar. İlkin hesablamalara görə Demokrat Partiyasından prezidentliyə namizəd Barak Obama öz respublikaçı rəqibini təkcə bütün son sosioloji sorğuların nəticələrinə görə deyil, həm də topladığı ianənin həcminə, müxtəlif ştat və şəhərlərdə açdığı seçki qərargahlarının sayına, onun mövqeyini dəstəkləyən qəzetlərin sayına və alınan dövlət bayraqlarının miqdarına görə də üstələyir. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bazar günü ABŞ-da 10 yeni ictimai rəy sorğusunun nəticələri açıqlanıb. Bütün sorğularda Barak Obama rəqibi Con Makkeyndən 2-13 faiz üstündür. ABŞ prezidentinin sabiq siyasi müşaviri Karl Rouv “Fox” telekanalına açıqlamasında Con Makkeynin önə çıxdığı son sosioloji sorğunun sentyabrın 25-də keçirildiyini bildirib. O gündən bəri keçirilən 251 sorğunun hamısında Barak Obama qalib olub.

ABŞ Federal Seçki Komissiyasının məlumatına görə, Barak Obama seçki fonduna 639 milyon, Con Makkeyn isə 360 milyon dollar ianə toplayıb. Demokrat namizəd bu vəsaitin 573 milyon dollarını, Makkeyn isə 293 milyon dollarını təbliğat məqsədilə sərf edib. Qeyd edək ki, bu günə kimi topladığı seçki ianələrinin həcminə görə rekord Corc Buşa məxsus idi. Hazırkı prezident 2004-cü il prezident seçkilərində 367, 2 milyon dollar seçki ianəsi toplamış və bunun 345,2 milyonunu təbliğat kampaniyasına sərf etmişdi. Redaksiya məqalələrində bu və ya digər namizədi dəstəklədiklərini bəyan edən gündəlik qəzetlərdən 241 nəşr Barak Obamanı, 115 qəzet isə Con Makkeyin namizədliyini müdafiə edir. Seçki kampaniyası dövründə Barak Obama müxtəlif ştat və şəhərlərdə 700, Makkeyn isə 400-ə yaxın seçki qərargahı formalaşdırıb. Demokratların namizədi xüsusi sosioloji sorğuların keçirilməsinə sərf olunan məbləğə görə də rəqibini üstələyir. Bu məqsədlə Obama 3,8 milyon dollar, Makkeyn isə 1,1 milyon dollar sərf edib. Eyni zamanda dövlət bayraqlarının alınmasına demokratlar 140 min, respublikaçılar isə 7 min dollar xərcləyiblər.

Seçki kampaniyası başladıqdan sonra Birləşmiş Ştatların aparıcı kütləvi informasiya vasitələri Barak Obamanın görüşlərini işıqlandırmaq üçün ezamiyyə xərclərinə 9,6 milyon dollar sərf ediblər. Makkeynin səfərlərini işıqlandırmaq üçün media qurumlarının çəkdiyi xərclər 4,4 milyona dollara yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR