Bank Of Baku

Barak Obamanın nənəsi vəfat edib

Barak Obamanın nənəsi vəfat edib
# 04 noyabr 2008 07:55 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidentliyinə namizəd Barak Obamanın 86 yaşlı nənəsi Medelin Danem yaşadığı Havay ştatında vəfat edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, B. Obama hadisə haqqında bacısı ilə birlikdə açıqlama verərək nənəsini “fövqəladə dərəcədə ləyaqətli, güclü və ciddi qadın” kimi xarakterizə edib: “O, bizi ruhlandırırdı və riskə getməkdən çəkindirməyə çalışmırdı. O, nəvə-nəticələri ilə qürur duyurdu və bizim üzərimizdəki təsirinin nə qədər vacib olduğunu dərk edirdi. Biz onun qarşısında borcluyuq”.
Qeyd edək ki, B. Obama 10 yaşında olarkən anası iş məqsədilə İndoneziyaya gedib və o, nənəsinin himayəsində qalıb. B. Obamanın anası da, nənəsi də xərçəng xəstəliyindən dünyalarını dəyişiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR