Bank Of Baku

Con Makkeyn və Corc Buş senator Barak Obamanı təbrik edib

Con Makkeyn və Corc Buş senator Barak Obamanı təbrik edib
# 05 noyabr 2008 07:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Con Makkeyn tərəfdarları önündə çıxışı zamanı bir müddət əvvəl Barak Obamaya zəng vuraraq onu təbrik etdiyini deyib: “Bir qədər əvvəl senator Barak Obamaya zəng vurmaq və onu hər ikimizin sevdiyimiz bu ölkənin prezidenti seçilməsi münasibətilə təbrik etmək şərəfinə nail oldum. Biz qalib gəlmək üçün bacardığımız qədər gərgin mübarizə apardıq, lakin qələbəyə nail ola bilmədik. Bu, respublikaçıların deyil, mənim məğlubiyyətimdir. Buraxdığım səhvlərə görə təəssüf etmirəm. Bu seçki kampaniyası mənim həyatımın ən şərəfli anları idi”. Con Makkeyn həmçinin respublikaçıların vitse-prezident postuna namizədi Sara Pelinə də ona verdiyi dəstəyə görə təşəkkür edib.
ABŞ prezidenti Corc Buş da senator-demokrat Barak Obamaya zəng vuraraq ölkənin 44-cü prezidenti seçilməsi münasibətilə təbrik edib: “Bu, siz, ailəniz və tərəfdarlarınız üçün möhtəşəm gecədir”.
Seçkilərin ilkin nəticələri məlum olduqdan sonra Barak Obama Çikaqoda tərəfdarları önündə çıxış edərək ona səs vermiş amerikalılara təşəkkür edib: “Bizim bu seçkilərdə nail olduğumuz nəticələr Amerikada ciddi dəyişikliklərə səbəb olacaq. Heç zaman unutmayacağam ki, bu qələbə mənə deyil, sizlərə məxsusdur. Bu, sizin qələbənizdir. Dünyanı dağıtmaq istəyənlərə səslənirəm, biz sizə qalib gələcəyik. Biz sülh və təhlükəsizliyə can atanların yanındayıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR