Bank Of Baku

ABŞ Konqresinin hər iki palatasına seçkilərdə demokratlar qalib gəlib

ABŞ Konqresinin hər iki palatasına seçkilərdə demokratlar qalib gəlib
# 05 noyabr 2008 08:08 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq ilkin nəticələr demokratların 1994-cü ildən sonra ilk dəfə Konqresin hər iki palatasında üstünlüyü ələ keçirdiyindən xəbər verir. Hazırda Nümayəndələr Palatasında demokratlar 227, respublikaçılar 151 yer qazanıblar. 100 yerlik Senatda isə demokratlar hələlik 55 yer qazanıb, onlar senator kürsülərinin sayının 60-a çatdıracaqlarına əmindirlər. Respublikaçılar isə Senatda 35 yer qazanıblar. Qeyd edək ki, dünən Senatın yalnız 1/3 hissəsi yenilənib və 34 yerə seçkilər keçirilib. Nümayəndələr Palatası iki ildən bir tam tərkibdə seçilir, Senat üzvlərinin səlahiyyət müddəti isə 6 ildir. Hər iki ildən bir Senatın tərkibinin 1/3 hissəsi yenilənir. Konqresin yeni tərkibi öz fəaliyyətinə 2009-cu ilin yanvarından başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR