Bank Of Baku

ABŞ-ın dövlət katibi postuna ən real namizədlər Hillari Klinton, Çak Xeyqel, Con Kerri və Bill Riçardsondur

ABŞ-ın dövlət katibi postuna ən real namizədlər Hillari Klinton, Çak Xeyqel, Con Kerri və Bill Riçardsondur
# 14 noyabr 2008 08:37 (UTC +04:00)
Nyu-York-APA. Barak Obama administrasiyasında dövlət katibi postunu tutmağa əsas namizədlər biri Nyu-York ştatının senatoru Hillari Klinton hesab olunur. APA-nın məlumatına görə, bu barədə gələcək prezidentə yaxın mənbələr məlumat veriblər. Amerikanın sabiq “birinci ledi”si Demokrat Partiyasından prezidentliyə namizəd olmaq uğrunda mübarizə aparsa da, gərgin mübarizədə Barak Obamaya məğlub olub. Xanım Klintonun dövlət katibi olacağı barədə şayiələr ötən həftə meydana çıxsa da, demokratlar onun xarici siyasət işlərini kifayət qədər bildiyindən şübhəlidir. Lakin Barak Obama Bill Klintonun komandasının üzvlərinin Dövlət Departamenti və Pentaqonun formalaşdırılmasına məsul şəxslər təyin etdikdən sonra Hillari Klintonun dövlət katibi olacağı barədə məsələ yenidən gündəmə gəlib. Dövlət katibi postuna digər namizədlər senatorlar Çak Xeyqel, Con Kerri, Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardsondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR