Bank Of Baku

ABŞ-da keçirilmiş prezident seçkilərinin yekun nəticələri açıqlanıb

ABŞ-da keçirilmiş prezident seçkilərinin yekun nəticələri açıqlanıb
# 20 noyabr 2008 08:57 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yekun nəticəyə əsasən Barak Obama 365 “xüsusi seçici”nin, Con Makkeyn isə 173 “xüsusi seçici”nin səsini alıb. Nəticələrin rəsmən elan edildiyi son ştat Missuri olub. Missuridə minimal fərqlə Con Makkeyn qalib gəlib. O, Barak Obamanı 3632 səs fərqi ilə üstələyib. Amma hələlik seçki proseduru yekunlaşmayıb. Dekabrın 15-də “xüsusi seçici”lər hər ştatda bir daha dəstəklədikləri namizədə səs verdikdən sonra səsvermənin nəticələri 2009-cu il yanvarın 6-da ABŞ Konqresinin hər iki palatasının toplantısında rəsmən elan olunacaq. Yeni prezident yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, ABŞ-da “xüsusi seçici”lər və onların necə səs verəcəyi hər ştatda ümumxalq səsverməsi ilə müəyyənləşir. “Xüsusi seçici”lərin ştatların əhalisinin mövqeyindən fərqli seçim etməsi çox nadir hallarda baş verir və seçkinin nəticələrinə təsir göstərmir. Ştatlar öz “xüsusi seçici”lərini idarə etmək hüququna malikdir, 24 ştatda isə “xüsusi seçici”nin əhalinin qərarından fərqli qərarı qanunla cəzalandırılır. Hər ştatda “xüsusi seçici”lərin sayı həmin ştatın Senat və Nümayəndələr Palatasındakı təmsilçilərinin sayına bərabərdir. Prezident seçilmək üçün azı 270 “xüsusi seçici”nin səsinə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR