Bank Of Baku

ABŞ-da 14 yaşlı qız ürəyi olmadan 118 gün yaşayıb

ABŞ-da 14 yaşlı qız ürəyi olmadan 118 gün yaşayıb
# 20 noyabr 2008 10:16 (UTC +04:00)
Mayami-APA. Mayamidə ürəyin köçürülməsi əməliyyatı uğursuz nəticələnən 14 yaşlı qız ürək olmadan 118 gün qan vuran alətin hesabına yaşayıb. APA-nın məlumatına görə, Mayami Universiteti Cekson Memorial Tibb Mərkəzinin həkimləri bu hadisənin dünyada analoqu olmadığını bildiriblər. Ürək olmadan yaşayan qızın üzərində 118 gün sonra yenidən transplantasiya əməliyyatı aparılıb və bu əməliyyat uğurla başa çatıb. Jurnalistlərə açıqlama verən 14 yaşlı qız qanvuran alətin hesabına bu qədər uzun müddət yaşamağın qorxulu iş olduğunu deyib: “Çünki hər an aparatın xarab olaraq dayanacağını və dünyamı dəyişəcəyimi düşünürdüm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR