Bank Of Baku

Barak Obama “Hyatt” otellər zəncirinin sahibini ABŞ-ın ticarət naziri təyin edəcək

Barak Obama “Hyatt” otellər zəncirinin sahibini ABŞ-ın ticarət naziri təyin edəcək
# 20 noyabr 2008 10:59 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın yeni seçilmiş prezidenti öz administrasiyasının əsas fiqurlarını təyin edib. APA-nın məlumatına görə, prezidentin baş müşaviri vəzifəsinə Devid Akselrod, administrasiya personalının rəhbəri postuna Liza Braun, hüquqi məsələlər üzrə müşavir postuna Qreq Kreyq, Nazirlər Kabinetinin katibi postuna Kris Lyu təyin olunub. Qeyd edək ki, Devid Akselrod Barak Obamanın seçki qərargahının baş strateqi vəzifəsində çalışıb. O, bundan əvvəl isə Senata seçkilərdə Barak Obamanın seçki qərargahının rəhbəri olub. Liza Braun 1999-2001-ci illərdə ABŞ-ın vitse-prezidenti Albert Qorun müşaviri vəzifəsində çalışıb. Qreq Kreyq isə sabiq prezident Bill Klintonun xüsusi müşaviri və köməkçisi olub. Kreyq həmçinin Madlen Olbraytın dövründə ABŞ Dövlət Departamentinin planlaşdırma siyasəti departamentinin direktoru vəzifəsində də çalışıb.
CNN telekanalının məlumatına görə, Barak Obama hökumətində ticarət naziri vəzifəsini 49 yaşlı çikaqolu milyarder qadın Penni Prikçer tutacaq. 2,8 milyard dollar varidata malik Penni Prikçer 400 amerikalı milyarder sırasında 135-ci yeri tutur. O, “Hyatt” otellər zəncirinin sahibi olan Prikçerlər ailəsinin üzvüdür. Penni Prikçer hazırda Barak Obamanın seçki qərargahının maliyyə direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, Obamanın dövlət katibi postuna əsas namizədləri siyahısında senator-demokrat Hillari Klintonun da adı var. Eks-prezident Bill Klinton artıq əmin olduğunu bildirib ki, onun xanımı “möhtəşəm dövlət katibi” ola bilər. Hillari Klinton Barak Obamanın təklifinin bu həftənin sonuna kimi cavablandıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR