Bank Of Baku

Sabiq dövlət məmuru telekamera qarşısında intihar edib

Sabiq dövlət məmuru telekamera qarşısında intihar edib
# 24 noyabr 2008 08:35 (UTC +04:00)
Buenos-Ayres – APA. Argentinada hərbi xuntanın hökmranlıq etdiyi dövrdə baş vermiş adam oğurluqları və işgəncə hallarında ittiham olunan sabiq dövlət məmuru televiziya kamerası qarşısında intihar edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 1976-1983-cü illərdə Argentinanın polis rəisi vəzifəsində çalışmış 63 yaşlı Mario Ferreyra “Cronica” adlı kabel televiziyasına müsahibə verdikdən sonra kameralar söndürülməmiş özünü güllələyib. Həmin an hüquq-mühafizə orqanlarının əməkdaşları onu həbs etməyə gəlirmiş.

Qeyd edək ki, Argentinada 6 illik xunta hakimiyyəti dövründə minlərlə insan itkin düşüb. Rəsmi məlumatlara görə, yoxa çıxmış insanların sayı 13 min, qeyri-rəsmi məlumatlara əsasən isə 30 min nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR