Bank Of Baku

Kaliforniyada oyuncaq mağazasında atışma baş verib

Kaliforniyada oyuncaq mağazasında atışma baş verib
# 29 noyabr 2008 08:29 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Kaliforniya ştatının cənubunda oyuncaq mağazasında Şükranlıq günü bayramı ilə əlaqədar aktiv alqı-satqı zamanı iki nəfər öldürülüb. Hadisə yerli vaxtla səhər saat 11:35-da (Bakı vaxtı ilə 23:35-də) Palm-Desert səhərinin «Toys R» mağazalar şəbəkəsinin obyektində baş verib.
APA-nın verdiyi məlumata görə, yerli polis mağazada alış-veriş edən iki naməlum kişi arasında mübahisə baş verib. Nəticədə, mübahisə edən kişilər bir-birinə tapançalarından atəş açıblar. Şahidlərin sözlərinə görə, kişilər oyuncaqların birini bölüşdürə bilməyiblər, lakin polis bu məlumatı təsdiq etmir.
Qeyd edək ki, ABŞ-dakı pərakəndə ticarət obyektləri öz illik mənfəətinin 1/3 hissəsini məhz bu bayram günləri ərzində əldə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR